SmartPay.az : Onlayn Ödəniş Portalı

Tez-tez verilən suallar

SmartPay nədir?
SmartPay elektron ödənişlər və pulqabı funksiyasını özündə birləşdirən ödəniş sistemidir. SmartPay mobil tətbiqi və veb portalı vasitəsi ilə harada olmağınızdan asılı olmayaraq 50-dən çox xidmət üzrə ödənişlərinizi həyata keçirə bilərsiniz.

SmartPay necə işləyir?
SmartPay ödəniş etdiyiniz xidmət sahiblərinin (provayder) təqdim etdiyi məlumatlar (xidmətin qiyməti, təyinatı, son ödəniş tarixi və s.) əsasında sizə ödəniş etmək imkanı yaradır. SmartPay yalnız provayderin təqdim etdiyi məlumatı sizə ötürür. Xidmətlərin qiyməti, qoşulması və işləkliyi haqqında bütün suallar üzrə provayderə müraciət etməyinizi xahiş edirik.

Əgər ödəniş zamanı çətinlik yaranıbsa, nə etmək lazımdır?
Bank kartından vəsait çıxıldı, lakin xidmət aktiv olmadı?
Bu çətinliyin aradan qaldırılması üçün Məktub yaz bölməsi vasitəsilə bizimlə əlaqə saxlayın. Mütəxəssisin sizə tez və dolğun cavab verə bilməsi üçün adsoyadınızı qeyd edin, "e-mail" xanasını diqqətlə doldurun ki, sizinlə əlaqə saxlamaq mümkün olsun. Mövzu xanasında problem yaşadığınız xidməti qeyd edin və ismarıc bölümündə problemi təsvir edin.

Bizə məktub yazdınız, lakin müraciətinizə cavab verilməyib?
Sizinlə əlaqə üçün "e-mail" xanasını düzgün qeyd etməmiş ola bilərsiniz.
Xahiş edirik, yuxarıda qeyd olunan qaydalarla yenidən tanış olasınız.
Əgər sualınız saytın işləməsinə aid deyilsə, sizi problemin həlli üçün aidiyyəti quruma yönləndirməyə çalışacayıq.

Bank kartımla ödəniş edə bilmirəm, bu halda nə etməliyəm?
  1. İlk öncə kartınızın balansında kifayət qədər vəsait olduğundan əmin olun.
  2. Kartınızda yetərli vəsait var, lakin ödənişi yenidən həyata keçirə bilmirsiniz? Bu halda isə müştərisi olduğunuz bankla əlaqə saxlayıb məlumat ala bilərsiniz. Ödənişi bir müddət sonra təkrar etməyə cəhd edin və ya başqa kartdan istifadə edin.
  3. Qeyd edək ki, ödəniş əməliyyatı həyata keçirmək üçün vaxt məhdudiyyəti var. Məhdudiyyət limitini keçdikdə ödəniş uğursuz ola bilər. Belə olduğu təqdirdə yenidən cəhd edə bilərsiniz.